330x110
 

Azərbaycana benzin idxalı kəskin artıb – 2 ayın hesabatı

19.04.2021,17:21


19 aprel, Fineko/abc.az. Bu ilin yanvar-fevral aylarında Azərbaycana idxal edilən benzinin həcmi açıqlanıb.

ABC.AZ-ın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, sözügedən dövrdə 7,292 mln. ABŞ dolları dəyərində (12,397 mln. manat) 12 174,23 ton avtomobil benzini ("Aİ-95" və "Aİ-98") idxal edilib.

Müqayisə üçün qeyd edək ki, bu ötən ilin eyni dövrünə nisbətdə miqdar ifadəsində 68,3%, dəyər ifadəsində isə 21,4% artıb.

Hesabat dövründə təkcə "Aİ-95" ("Premium") markalı avtomobil benzinindən ölkəyə 7,104 mln. dollarlıq (12,077 manat) 11 934,35 ton idxal olunub ki, bu da illik müqayisədə həcm ifadəsində 78,3%, dəyər ifadəsində isə 28,4% çoxdur.