330x110
 

Azərbaycan Mərkəzi Bankı valyuta hərracında banklara $31 milyon satıb

20.04.2021,12:46


20 aprel, Fineko/abc.az. 20 aprel 2021-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilmişdir.

AMB-nin məlumatında deyilir ki, aprelin 20-də keçirilmiş valyuta hərracında banklara $31 mln satılmışdır.

“Hərracda tələb 31,0 mln. ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir”, - deyə məlumatda bildirilir.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.