330x110
 

Ramazan bayramını kim necə qeyd edəcək? – Sorğu

20.04.2021,14:58


20 aprel, Fineko/abc.az. Media Təhlil Mərkəzi (MTM) “COVID-19” virusunun hökm sürdüyü bir dövrdə vətəndaşların Ramazan ayını necə keçirəcəyi ilə bağlı sorğu keçirib.

ABC.AZ-ın məlumatına görə, sorğuda iştirak edənlərin 50%-ni qadınlar, 50%-ni kişilər təşkil edib.

İştirakçıların 14,7%-i pandemiya dövründə oruc tutacağı üçün virusa yoluxma riskini nəzərə alaraq kütləvi yerlərə getməyəcəyini qeyd edib.

Fəaliyyətini evdə davam etdirəcəyini deyənlər respondentlərin 11,4%-ni, günün çox hissəsini açıq havada gəzməklə keçirəcəyini qeyd edənlər 11,3%-ni təşkil edir.

Respondentlərin 62,5%-nin isə Ramazan ayı ilə bağlı xüsusi planı yoxdur.

Sorğuda iştirak edənlərin 67,2%-i karantinlə bağlı olaraq Ramazan bayramını evdə qeyd edəcəyini, 8%-i rayona, 0,7%-i xarici ölkəyə səfər edəcəyini qeyd edib.

Nəticələr göstərir ki, soğru iştirakçılarının 24,1%-i Ramazan bayramını qeyd etməyəcək.