330x110
 

Azərbaycanla Yaponiya şirkəti arasında yeni əməkdaşlıq - Müqavilə imzalandı

20.04.2021,15:32


20 aprel, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi ilə Yaponiyanın “Nippon İxrac və İnvestisiya Sığortası” şirkəti (NEXI) arasında Ümumi Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Nazirlikdən ABC.AZ-a verilən məlumata görə, sənədi İqtisadiyyat naziri Mikayıl Cabbarov və NEXİ-nin sədri və baş icraçı direktoru Atsuo Kuroda imzalayıblar. Memorandumda Azərbaycan və Yaponiya arasında ixrac krediti və investisiya sığortası sahəsində bilik və təcrübənin artırılması məqsədilə  müzakirələrin, həmçinin yerli və qonşu bazarlara dair məlumat mübadiləsinin aparılması və birgə təlimlərin həyata keçirilməsi nəzərdə tutulur.