Muzdla çalışanların maaşı azalıb - Ən çox bu sahələrdə

16:13 - 20.04.2021


20 aprel, Fineko/abc.az. Yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı azalıb.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a verilən məlumata görə, bu ilin ilk iki ayında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2020-ci ilin müvafiq dövrünə nisbətən 2,8 faiz azalaraq 692,3 manat təşkil edib.

Əməkhaqqı neft-qaz sektorunda 3182 manat, qeyri-neft-qaz sektorunda 640 manat olub.

Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 613,8 manat, özəl müəssisələrdə isə 788 manat təşkil edib.

Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

Müəllif: Elmir Murad

Bütün xəbərlər