Fərdi sahibkarların ən çox qeydə alındığı şəhər və rayonlar – Siyahı

16:32 - 20.04.2021


20 aprel, Fineko/abc.az. Aprelin 1-nə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 1 milyonu keçib.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a bildirilib ki, hesabat dövründə hər dörd fərdi sahibkardan üçü “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq”, “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, “Nəqliyyat və anbar təsərrüfatı” və “Digər sahələrdə xidmətlərin göstərilməsi” sahələri üzrə qeydiyyatdan keçib.

Sahibkarlıqla məşğul olmaq niyyətində olan fərdi sahibkarların əsas hissəsi Bakıda (27,9 faiz), Aran (21,5 faiz), Gəncə-Qazax (13,8 faiz) və Lənkəran (9,7 faiz) iqtisadi rayonlarında qeydiyyata alınıb.

Müəllif: Elmir Murad

Bütün xəbərlər