Muzdla çalışanlar ən çox bu sahələrdə işləyib - Siyahı

17:28 - 20.04.2021


20 aprel, Fineko/abc.az. Cari il martın 1-nə ölkədə muzdla çalışan işçilərin sayı 1 milyon 678,5 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 915,5 min nəfər, qeyri-dövlət sektorunda isə 763 min nəfər təşkil edib.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a bildirilib ki, iqtisadiyyatın neft-qaz sektorunda 33,2 min nəfər, qeyri-neft-qaz sektorunda isə 1 milyon 645,3 min nəfər çalışıb.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 23,5 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,4 faizi emal sənayesində, 7,3 faizi tikintidə, 3,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2 faizi mədənçıxarma sənayesində, 1,7 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.

 

Bütün xəbərlər