Xərclərində azalma qeydə alınan sığorta şirkətləri – Siyahı

10:30 - 21.04.2021


21 aprel, Fineko/abc.az. Ölkədə fəaliyyət göstərən 18 sığorta şirkətindən 6-nın ötənilki xərcləri əvvəlki illə müqayisədə az olub.

ABC.AZ Renkinq-ə istinadən xəbər verir ki, bunlar “Qala Həyat Sığorta”, “PAŞA Həyat Sığorta”, “PAŞA Sığorta”, “Atəşgah Həyat Sığorta”, “Bakı Sığorta” və “Günay Sığorta” ASC-lərdir. Ən çox azalma “Günay Sığorta”da (42%), ən az azalma isə “Qala Həyat Sığorta”da (9%) qeydə alınıb. 2 sığorta şirkəti – “Xalq Həyat Sığorta” və “Xalq Sığorta” ASC-lər ötən il maliyyə mənfəəti əldə etsə də, əvvəlki il maliyyə zərərinə uyğrayıb. Odur ki, bu şirkətlərin maliyyə mənfəətinin-zərərinin dinamikasını hesablamaq mümkün olmayıb.

 

Bütün xəbərlər