330x110
 

Gömrük Komitəsi proqnozları doğrulda bilirmi? - Nazirlik hesabat yaydı

21.04.2021,14:53


21 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Maliyyə nazirliyi 2021-ci ilin 1-ci rübündə dövlət büdcəsinin icrasına dair məlumat yayıb.

ABC.AZ-ın məlumatına görə, bəhs olunan dövrdə Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 943,6 mln. manat vəsait təmin edilib.

Bu da proqnoza nisbətən 158,6 mln. manat və ya 20,2 faiz çoxdur. Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən mədaxil 115,0 mln. manat vəsait təşkil edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 5,5 mln. manat və ya 5,0 faiz çoxdur. Bununla yanaşı digər daxilolmalar üzrə dövlət büdcəsinə 78,4 mln. manat vəsait daxil olub. Bu da proqnoza nisbətən 48,4 mln. manat və ya 2,6 dəfə, 2020-ci ilin eyni dövrü ilə müqayisədə isə 39,0 mln. manat və ya 2,0 dəfə çoxdur.

Müəllif: Elmir Murad