330x110
 

İkinci konteyner blok qatarı Bakı limanına çatıb

21.04.2021,15:11


 21 aprel, Fineko/abc.az. Bakıya Çinin Çinqdao şəhərindən Azərbaycana yola salınan ikinci konteyner blok qatarı Bakı limanına çatıb.

“ADY Konteyner”dən ABC.AZ-a daxil olmuş məlumata görə, qatar hər biri 40 futluq olmaqla 51 konteynerdən ibarətdir.

Konteynerlər Aktau limanına çatdıqdan sonra operatoru “ADY Konteyner” MMC olan “Baris” fider gəmisi vasitəsilə Bakı limanına çatdırılıb. Blok qatara daxil olan 10  konteyner Bakıdan Gürcüstana, 3-ü isə Türkiyəyə yola salınacaq.