330x110
 

Daha bir zavod işə başladı – Hacıqabulda

21.04.2021,16:33


21 aprel, Fineko/abc.az. Azərbaycanda investisiya dəyəri 12 milyon manat olan avadanlıqların istehsalı zavodu işə salınıb.

ABC.AZ interfax-a istinadən xəbər verir ki, sözügedən zavod Hacıqabul Sənaye Məhəlləsində işə salınıb.

Zavodda tikinti materialları üçün avadanlıqlar istehsal olunacaq.

Müəssisədə Türkiyə, Yaponiya və Finlandiya istehsalı olan avadanlıqlar quraşdırılıb. Burada 100 yeni iş yeri yaradılıb.