Koronavirus əleyhinə 14 680 vaksin vurulub - Bir gündə

17:02 - 21.04.2021


21 aprel, Fineko/abc.az. Bu gün Azərbaycanda koronavirus əleyhinə 14 680 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan ABC.AZ-a daxil olan məlumata görə, birinci mərhələdə peyvənd olunanların sayı 9459, ikinci mərhələ üzrə 5221 nəfərdir.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 1 366 890, birinci mərhələ üzrə vaksin olunanların sayı 908 672, ikinci mərhələ üzrə isə 458 218 təşkil edir.

 

Bütün xəbərlər