330x110
 

Azərbaycan banklarına əmanət qoyuluşları azalıb - Hesabat

21.04.2021,17:14


21 aprel, Fineko/abc.az. Bu il aprelin 1-nə Azərbaycan banklarına qoyulmuş əmanətlərin həcmi açıqlanıb.

ABC.AZ Mərkəzi Bankına istinadən xəbər verir ki, sözügedən dövrdə əmanət qoyuluşu 8 147,5 milyon manat təşkil edib. Müqayisə üçün qeyd edək ki, bu, martın 1-i dövrünə nisbətdə 2,8% azdır.

Banklara əmanət qoyuluşu ilin əvvəlinə nisbətən 0,4%, son 1 ildə isə 1,3% azalıb.