330x110
 

Vaxtı keçmiş kreditlər yenə artdı

21.04.2021,17:22


21 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Mərkəzi Bank ölkədə fəaliyyət göstərən bankların maliyyə göstəriciləri üzrə hesabat açıqlayıb.

ABC.AZ xəbər verir ki, 31 mart 2021-ci il tarixində cəmi kredit qoyuluşlarının 918,2 milyon manatını və ya 6,2%-ni ödəmə vaxtı keçmiş kreditlər təşkil edib.

Müqayisə üçün qeyd edək ki, ötən ilin sonunda ödəmə vaxtı keçmiş kreditlər 893,1 milyon manat olmuşdu.

Fevralın sonunda isə bu rəqəm 917,5 milyon manat təşkil etmişdi.