330x110
 

Kredit qoyuluşları artıb - 14 milyard manatı keçib

21.04.2021,17:34


21 aprel, Fineko/abc.az. 2021-ci ilin mart ayında Azərbaycanda cəmi kredit qoyuluşları 108,5 milyon manat artaraq 31 mart 2021-ci il tarixində 14 milyard 728 milyon manata çatıb.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, fevralın sonunda cəmi kredit qoyuluşları 14 milyard 619,5 milyon manat idi.

Ötən ilin sonu ilə müqayisədə (ilk rübdə) kredit qoyuluşları 197,6 milyon manat artıb.

2020-ci ilin sonunda cəmi kredit qoyuluşları 14 milyard 530,4 milyon manat təşkil etmişdi.