330x110
 

Ötən ay artan kartlar - Siyahı

22.04.2021,10:35


22 aprel, Fineko/abc.az. Martda sosial kartların sayı 8 min ədəd artaraq 3 milyon 458 min ədədə çatıb.

ABC.AZ-ın məlumatına görə, artan təkcə sosial kartlar olmayıb.

Belə ki, əməkhaqqı kartlarının sayı 39 min ədəd artaraq 2 milyon 599 min ədədə, sosial və əməkhaqqı kartı olmayan digər debet kartlarının sayı 118 min ədəd artaraq 2 milyon 567 min ədədə, kredit kartlarının sayı isə 24 min ədəd artaraq 1 milyon 145 min ədədə çatıb.

Müəllif: Elmir Murad