330x110
 

Ermənistanda daxili vəziyyət yenə qarışdı - İrəvanda aksiya

22.04.2021,11:07


22 aprel, Fineko/abc.az. Ermənistanda etiraz aksiyaları bitmək bilmir.

ABC.AZ-ın məlumatına görə, İrəvanda bir qrup fəal Ermənistan hökumət binasının giriş darvazasını zəncirləyiblər.

Aksiya iştirakçıları bu yolla Baş nazir Nikol Paşinyanın binaya girməsinin qarşısını almağa çalışdıqlarını bildiriblər.

Aktivistlərlə polislər arasında qarşıdurma yaşanıb. Bir neçə şəxs saxlanılaraq polis bölmələrinə aparılıb.