Bu xəstəxananın 2 işçisi qovuldu – Müqaviləyə xitam verildi

14:26 - 22.04.2021


22 aprel, Fineko/abc.az. Vaksinasiya prosesində yol verilən neqativ halların qarşısını almaq məqsədi ilə aidiyyəti qurumlar tərəfindən araşdırmalar davam etdirilib.

Araşdırmaların nəticəsi olaraq Bakı şəhəri üzrə 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında çalışan 2 nəfər işdən kənarlaşdırılıb və onların əmək müqavilələrinə xitam verilib.

ABC.AZ xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb. 

Qeyd edilib ki, faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib.

 

Bütün xəbərlər