330x110
 

Əhali tərədindən dollar alışı zəifləyib - 2 dəfədən çox azalma

22.04.2021,17:14


22 aprel, Fineko/abc.az. Bu ilin yanvar-mart aylarında Azərbaycan əhalisi tərəfindən alınmış nağd ABŞ dollarının həcmi azalıb.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, bəhs olunan dövrdə əhali ölkədəki banklardan 626,252 mln. nağd ABŞ dolları alıb. Bu göstərici 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə azalma deməkdir. Təkcə martda əhali 133,452 mln. nağd dollar alıb. Bu da fevral ayı ilə müqayisədə 20,3% azdır və son 3 il 9 ay ərzində qeydə alınan ən aşağı aylıq göstəricidir.