330x110
 

Banklara satılan dollar da azalıb - Mərkəzi Bankdan bədbin açıqlama

22.04.2021,17:23


22 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Mərkəzi Bank yanvar-mart aylarında əhalinin banklardan aldığı dolların əvvəlki dövrlə müqayisədə azaldığını açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, bu ilin yanvar-mart aylarında ölkə əhalisinin banklara satdığı nağd dollar kütləsinin ümumi həcmi 330,712 mln. dollar təşkil edib.

Bu da illik müqayisədə 3,6% azdır. Təkcə martda banklar əhalidən 120,584 mln. dollar alıblar ki, bu da fevral ayı ilə müqayisədə 15,3% azdır.