Qobustandakı Palçıq Vulkanları Turizm Kompleksi nə vaxt istifadəyə veriləcək?

12:03 - 23.04.2021


23 aprel, Fineko/abc.az. Prezident İlham Əliyev tərəfindən cümə axşamı təməli qoyulan Qobustan kəndinin ərazisində Palçıq Vulkanları Turizm Kompleksi 2022-ci ilin yay aylarına qədər istifadəyə veriləcək.

ABC.AZ interfax-a istinadən xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bəyan edib.

“Növbəti yay mövsümünə qədər kompleksin tikintisini sona çatdırmağı planlaşdırırıq.

Regionda turizmin inkişafı layihəsi çərşivəsində hazırda Bakıdan Qobustana 20 km uzunluğunda yol çəkilir. Bu, Qobustanda palçıq vulkanlarının yeni turizm klasterinin yaradılmasına imkam verəcək, o cümlədən, gələcəkdə Qobustandan Şamaxıya qədər olan yolu birləşdirəcək" - Nağıyev AzTV telekanalına müsahibəsində bildirib.

 

Bütün xəbərlər