Bu günə qədər 700-ə yaxın qazi işlə təmin edilib - Rəsmi

12:32 - 23.04.2021


23 aprel, Fineko/abc.az. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Cəmaləddin Quliyev “Sosial Saat”da qonaq olaraq bəzi məsələlərə aydınlıq gətirib.

ABC.AZ-ın məlumatına görə, o bu günə qədər təxminən 700-ə yaxın qazinin işlə təmin edildiyini vurğulayıb.

C.Quliyev qeyd edib ki, bu rəqəmlər mütəmadi şəkildə artır: “Qazilərimiz, şəhid ailələrinin üzvləri həm işlə təmin olunur, həm də özünüməşğulluğa cəlb edilirlər”.

 

Bütün xəbərlər