Pambıq sahələri çoxaldılır – Nazirlikdən müsbət proqnoz

15:04 - 23.04.2021


23 aprel, Fineko/abc.az. Bu il Azərbaycanın 17 rayonunda 100 min hektara yaxın sahədə pambıq əkini proqnozlaşdırılır.

Kənd Təsərrüfatı Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, hazırda yazlıq əkinlər davam edir. Nazirlikdən qeyd olunub ki, bugünədək pambıq əkini ilə bağlı 63 684 hektar sahədə çiyid səpini həyata keçirilib.

"Artıq sahələrin 4 157 hektarında çıxış alınıb. Çiyid səpininin optimal müddətdə başa çatacağı gözlənilir. Pambıqçı fermerlər həm əkin, həm məhsul subsidiyası alırlar. Fermerlərə pambıq sahəsinin hər hektarına görə 260 manat, təhvil verilən pambığın hər tonuna görə 100 manat subsidiya ödənilir" deyə nazirlikdən bildirilib.

 

Bütün xəbərlər