Subsidiya almaq istəyənlərin nəzərinə - Nazirlik fermerlərə çağırış etdi

15:12 - 23.04.2021


23 aprel, Fineko/abc.az. Subsidiya almaq istəyən fermerlər öz əkinlərini digər yazlıq əkinlər kimi mayın 31-dək Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan etməlidir.

Bunu ABC.AZ-a Kənd Təsərrüfatı Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, subsidiyalar pambıqçıların “Fermer kartı”na köçürülür. “Fermer kartı”nın nağdsız hesabında olan məbləğ yalnız elektron qaydada gübrə, toxum, pestisid almaq üçün istifadə edilə bilər.

 

Bütün xəbərlər