Hökumət 190 manatla bağlı qərar versə bu, yenidən veriləcək - Sədr müavini

15:40 - 23.04.2021


23 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Cəmaləddin Quliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Facebook” səhifəsində "Sosial Saat" verilişində qonaq olub.

ABC.AZ-ın məlumatına görə, C.Quliyev verilişdə bir sıra vacib məqamlara toxunub.

O qeyd edib ki, xüsusi karantin rejiminin sərtləşdirilməsi zamanı işsiz və xüsusi karantin rejimində gəlirini itirən qeyri-formal işləyən aztəminatlılara 190 manatın verilməsi Nazirlər Kabinetinin müvafiq qərarı ilə həyata keçirilir:

"Hökumət tərəfindən qərar qəbul edilsə, təbii ki, bu, yenidən veriləcək. Bildiyiniz kimi, 190 manat “Yaşayış minimumu” haqqında qanuna uyğun olaraq nəzərdə tutulur. Əgər yaşayış minimumunda müvafiq artım olarsa, 190 manatla bağlı da artım olacaq".

 

Bütün xəbərlər