Əli Əsədov qərar imzaladı - Tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb

16:19 - 23.04.2021


23 aprel, Fineko/abc.az. Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müddəti uzadılıb.

ABC.AZ xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

 

Bütün xəbərlər