Rusiyadan 36 rabitə peyki fəzaya buraxılıb

10:48 - 26.04.2021


26 aprel, Fineko/abc.az. Britaniyanın “OneWeb” şirkətinin 36 rabitə peyki “Soyuz-2.1b” daşıyıcı raketi ilə “Vostoçnı”  kosmodromundan fəzaya buraxılıb.

ABC.AZ xəbər verir ki, bu barədə “Roskosmos” məlumat yayıb.

“Bütün peyklər hədəf orbitlərə çıxarılaraq sifarişçilərin nəzarəti altına alınıb”,- deyə açıqlamada qeyd olunub.

Son buraxılış orbitdəki “OneWeb” peyklərinin sayını 182-yə çatdırıb.

 

Bütün xəbərlər