Hər zaman sürücülərə çağırış edən yol polisi bu dəfə piyadalara müracət etdi

11:11 - 26.04.2021


26 aprel, Fineko/abc.az. Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib.

ABC.AZ-ın məlumatına görə, müraciətdə qeyd olunub ki, görülən qabaqlayıcı tədbirlərlə ölkəmizdə piyada vurma hadisələrinin, həmçinin bu hadisələr zamanı ölən və yaralananların sayı əvvəlki illərlə müqayisədə azalsa da, piyadaların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin, eyni zamanda yol hərəkəti qaydalarının məhz piyadalar tərəfindən pozulması hallarının qarşısının alınması istiqamətində görülən inzibati tənbeh və təbliğat tədbirlərinin, xüsusilə azyaşlılar və gənclər arasında aparılan maarifləndirmə işinin daha da gücləndirilməsinə ehtiyac duyulur.

"Elə bu səbəbdən respublika ərazisində bu gündən başlayaraq may ayının 3-dək “Piyadalar, diqqətli olun!” şərti adı altında hərəkətin təhlükəsizliyi həftəliyinin keçirilməsinə başlanılıb" deyə müraciətdə qeyd olunub.

 

Bütün xəbərlər