İlham Əliyev BMT-nin sessiyasında çıxış edib

12:16 - 26.04.2021


26 aprel, Fineko/abc.az. Aprelin 26-da BMT-nin qərargahı Tailandda yerləşən Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının 77-ci sessiyası öz işinə başlayıb.

ABC.AZ xəbər verir ki, sessiyanın mövzusu "Asiya və Sakit okean hövzəsində regional əməkdaşlıq vasitəsilə böhranlardan sonra daha güclü inkişafın təmin olunması"dır.

Sessiyada Asiya və Sakit okean regionu ölkələrinin dövlət və hökumət başçılarının çıxışları seqmentində Prezident İlham Əliyevin videoformatda çıxışı təqdim olunub.

 

Bütün xəbərlər