330x110
 

"Zəngəzur nəqliyyat dəhlizi” üzərində çalışırıq - Prezident

26.04.2021,12:32


26 aprel, Fineko/abc.az. "Azərbaycan regionda dayanıqlı sülh və təhlükəsizliyi təmin etmək arzusundadır”.

ABC.AZ xəbər verir ki, bunu Prezident İlham Əliyev BMT-nin 77-ci sessiyasında çıxışı zamanı deyib. Dövlət başçısı bildirib ki, Azərbaycan Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrinin icrasına mühüm töhfə verib:

“Hazırda biz Azərbaycan ərazisindən Asiyanı Avropa ilə birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq “Zəngəzur nəqliyyat dəhlizi” üzərində çalışırıq. Bu dəhliz Azərbaycana Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirməyə imkan verəcək. Mən Asiya və Sakit okean hövzəsindən olan tərəfdaş ölkələri bu regional layihənin potensialını nəzərdən keçirməyə dəvət edirəm”.