Baydenin açıqlaması ABŞ üçün yaxşı nəsə vəd etmir - Millət vəkili

14:12 - 26.04.2021


26 aprel, Fineko/abc.az. Bildiyiniz kimi ötən həftə ABŞ-ın yeni prezidenti Co Bayden "erməni soyqırımı" ifadəsini işlədib. Bu isə həm Türkiyədə, həm də Azərbaycanda birmənalı qarşılanmayıb. Hər iki ölkənin hökumət nümayəndələri və partiyaları buna etiraz bəyanatları səsləndiriblər və bu addımın tarixi saxtalaşdırmaq kimi dəyərləndiriblər. İddia edilib ki, Baydenin bu addımı həm də Ermənistan və Türkiyə arasında yeni nifaq toxumu səpməyə hesablanıb.

Məsələnin ciddiliyini nəzərə alaraq millət vəkili Razi Nurullayevdən münasibət öyrəndik.

Deputat ABC.AZ-a açıqlamasında bildirdi ki, bu günə qədər onlarla şəxs ABŞ prezidenti olub, onların hamısına erməni lobbisi tərəfindən təzyiqlər edilib.

"Ancaq onların heç biri Co Baydenin yol verdiyi tarixi yanlışlığa etməyib. Baydenin bu açıqlaması ABŞ üçün yaxşı nəsə vəd etmir. ABŞ bu kimi məsələlərdə ikili standartlar yeridir, bunu bütün dünya görür, bilir. Baydenin açıqlaması həm də onu göstərir ki, ABŞ öz tərəfdaşlarına qarşı doğru, dürüst addımlar atmır. ABŞ öz etibarlılığını itirir" deyə R.Nurullayev bildirib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər