Daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar və ödənişlər artıb - Hesabat

16:40 - 26.04.2021


26 aprel, Fineko/abc.az. Bu ilin yanvar-mart aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin daşınmaz əmlakın icbari sığortası üzrə yığımları açıqlanıb.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, bəhs olunan dövrdə şirkətlər tərəfindən 23,841 mln. manat həcmində sığorta haqqı yığılıb.

Bu müddətdə eyni sığorta növü üzrə müştərilərə 450,1 min manat ödəniş həyata keçirilib.

Beləliklə, 2020-ci ilin eyni dövrü ilə müqayisədə sığorta yığımları 33,6% artıb, ödənişlər isə 3,1 dəfə azalıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər