Daşınmaz əmlakın icbari sığortası üzrə bu qədər ödəniş edilib – Martda

16:53 - 26.04.2021


26 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Mərkəzi Bank bu ilin yanvar-mart aylarında sığorta şirkətlərinin daşınmaz əmlakın icbari sığortası üzrə yığımları ilə bağlı hesabat açıqlayıb.

ABC.AZ xəbər verir ki, təkcə mart ayında sığorta şirkətləri daşınmaz əmlakın icbari sığortası üzrə 7,518 mln. manat sığorta haqqı yığıb. Bu dövrdə ödənişlər də az olmayıb.

Belə ki, martda sığorta şirkətləri daşınmaz əmlakın icbari sığortası üzrə 154,5 min. manat məbləğində ödəniş həyata keçirib.

Bu göstəricilər fevral ayı ilə müqayisədə müvafiq olaraq 10,9% və 15,2% azalıb.

Müəllif: Elmir Murad

Bütün xəbərlər