Zəngilandan Naxçıvana yol açılacaq - Prezident layihənin anonsunu Verdi

10:31 - 27.04.2021


27 aprel, Fineko/abc.az. Bildiyiniz kimi aprelin 26-da Prezident İlham Əliyev, birinci xanım M.Əliyeva və qızları L.Əliyeva işğaldan azad edilən Zəngilan rayonuna səfər ediblər.

ABC.AZ-ın məlumatına görə, dövlət başçısı səfər zamanı bəzi məqamlara aydınlıq gətirib. İ.Əliyev qeyd edib ki, Mincivan qəsəbəsi qədim yaşayış məntəqəsidir.

"Burada dəmiryolu stansiyası yerləşirdi. Birinci Qarabağ müharibəsindən sonra ermənilər bütün dəmir yolunu söküb aparmışdılar. Relslərin bir hissəsini satmışdılar, bir hissəsindən isə tank əleyhinə istehkam qurmuşdular. Biz yenidən dəmir yolunu çəkəcəyik. Bu işlərə start verilib və Horadiz qəsəbəsində bir müdət bundan əvvəl Horadiz-Ağbənd dəmiryolunun təməl daşını qoyduq. Bu dəmiryolu Azərbaycanın əsas hissəsini Naxçıvan MR ilə Zəngəzur dəhlizi vasitəsilə birləşdirəcək. Əslində, Zəngilan rayonu coğrafi baxımdan Şərqi Zəngəzur mahalında yerləşir və Şərqi Zəngəzuru Qərbi Zəngəzurla birləşdirib, Naxçıvana dəmiryolu açacaq. Həmçinin, avtomobil yolu da açılacaq”.

 

Bütün xəbərlər