Bu ölkənin Bankı da faiz dərəcəsini stabil saxladı

11:28 - 27.04.2021


27 aprel, Fineko/abc.az. Yaponiya Mərkəzi Bankı iclas keçirərək faiz dərəcəsi ilə bağlı məlumat yayıb.

ABC.AZ-ın məlumatına görə, Bank pul siyasəti faizini dəyişdirməyərək mənfi 0,10%-də saxlayıb.

Hətta Bank, bu ay başlayan mövcud maliyyə ili üçün iqtisadi artım təxminini 3,9%-dən 4%-ə yüksəldib.

Bank inflyasiya proqnozunu isə mövcud maliyyə ili üçün sərt bir şəkildə salaraq 0,1%-ə endirib və pul siyasətini bir müddət daha dəyişdirməyəcəyinin siqnalını verib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər