Dövlət şirkəti audit axtarır

12:31 - 27.04.2021


27 aprel, Fineko/abc.az. “Azəristiliktəchizat” ASC 2020-ci ilin dekabrın 31-nə bitən il üzrə birləşdirilmiş maliyyə hesabatlarının auditi üçün açıq tender elan edib.

ABC.AZ-ın məlumatına görə, tenderdə iştirak haqqı 200 manatdır.

İddiaçılar tender təklifi və onun dəyərinin 1 %-i qədər bank təminatını iyunun 1-i, saat 10:00-a qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə təqdim edə bilərlər.

Nəticələr iyunun 2-si, saat 10:00-a portalda açıqlanacaq.

 

Bütün xəbərlər