İnsanlar vaksin olunmaq istəmir? – Deputat peyvəndləmədən danışdı

14:10 - 27.04.2021


27 aprel, Fineko/abc.az. Bu gün Milli Məclisin növbəti iclası krçirilib.

ABC.AZ-ın məlumatına görə, deputat Qüdrət Həsənquliyev koronavirus pandemiyası ilə mübarizədən danışaraq bu tədbirlərin ləng getdiyini vurğulayıb.

O qeyd edib ki, dünyanın inkişaf etmiş ölkələri vaksinlərin hazırlanması formulunu açıqlamır.

"Bundan pul qazanmaq istəyən dövlətlər, insanlar var. Bu, təəssüf doğurur. Vaksin istehsal edən ölkələr formulu açıqlamaqla da pul qazana bilər. Azərbaycan bununla bağlı beynəlxalq qurumlara müraciət etsə, yaxşı olar. Dünən 365 nəfər vaksin olub. Onun 3 nəfəri isə ikinci mərhələdə vaksin olunandı. Bu məsələni diqqətdə saxlamalıyıq. İnsanlar vaksin olunmaq istəmir? Ya nədir bunun səbəbi?! Yaş həddini bəlkə aşağı salmalıyıq. Hələ vaksinlərlə bağlı ilkin iş aparıldığı dövrlərdə səhiyyə qurumları deyirdi ki, dünyanın aparıcı ölkələri ilə vaksin almaqla bağlı danışıqlar aparır. Amma sonra gördük ki, bu, belə deyilmiş. Yaxşı olardı ki, Milli Məclisdə bununla bağlı dinləmə keçirilsin”, - Qüdrət Həsənquliyev belə deyib.

 

Bütün xəbərlər