İsrail şirkəti Zəngilana sərmayə qoyur - Pendir istehsal edəcəklər

15:19 - 27.04.2021


27 aprel, Fineko/abc.az. İsrail şirkəti Zəngilanda camış ferması tikəcək.

ABC.AZ-ın məlumatına görə, layihə Prezident İlham Əliyevə təqdim edilib.

İsrail şirkətinin əməkdaşı bildirib ki, ilk növbədə, İsrail Zəngilanda, əvvəlcə, 300-400 başlıq camış ferması tikəcək, sonra biz onu 1000 başa çatdırmaq istəyirik: "Şirkətimiz ağıllı fermalar üzrə texnologiya ilə işləyir. Bizdə bütün fermanı məlumatların təhlili üzrə proqram təminatına birləşdirən ötürücülər var ki, bu da göründüyü kimi, mal-qaranın yemlənməsi, sağlamlığı və sağılması ilə əlaqədardır. Biz bunu “açar təslimi” layihəsi kimi həyata keçiririk. Buraya texniki-iqtisadi əsaslandırma, tikinti, planlaşdırma, komandanın hazırlanması və mal-qaranın idxalı daxildir. Qeyd etdiyim kimi, heyvanlar sensorlarla təchiz ediləcək. Biz peyin emalı ilə də məşğul oluruq. Peyindən gübrə və bioqaz əldə edə bilirik. Fərqli variantlar var. Tullantı sularının təmizlənməsi, günəş enerjisi. Bu, o deməkdir ki, Sizdə böyük elektrik enerjisi infrastrukturu qurmadan böyük həcmdə elektrik enerjisi istehsal olur. Bu cür ferma çox maraqlı olacaq. Beləliklə, biz İsrailin sahib olduğu süd ferması texnologiyasında bilik və təcrübəmizi Azərbaycana, Qarabağ bölgəsinə gətirmək istəyirik"

 

Bütün xəbərlər