Zəngilan ən qabaqcıl rayonlardan olacaq - Prezident gələcək addımlardan danışdı

15:39 - 27.04.2021


27 aprel, Fineko/abc.az. Zəngilanda bu gün birinci kənd layihəsi artıq icra edilməyə başlayıb. Ağalı kəndinin təməl daşı qoyulub. Bu, böyük qayıdışın birinci addımıdır.

ABC.AZ xəbər verir ki, bunu Prezident İlham Əliyev Zəngilana səfəri zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, biz müharibədən bir neçə ay keçəndən sonra artıq bu işlərə də start verdik.

"İnfrastruktur işləri öz qaydasında davam edir. İndi birinci “ağıllı kənd” layihəsi olan Ağalı kəndinin bərpasına start verilib. Ağalı kəndi, əslində, üç kənd – Birinci, İkinci, Üçüncü Ağalı kəndləri oktyabrın 28-də işğalçılardan azad edilib. Altı aydan sonra Ağalıda yeni kəndin təməl daşı qoyuldu və bu nümunəvi kənd olacaq. Çünki bu kənddə tətbiq olunacaq texnologiyalar ən müasir standartlara cavab verir. Həm tikiləcək evlər, ictimai binalar, sosial obyektlər, həm də iş yerləri, əkin sahələri müəyyən edilibdir. Zəngilanın bütövlükdə təbiəti və təbii sərvətləri bu rayonu Azərbaycanın ən qabaqcıl rayonlarının birinə çevirmək üçün imkanlar verəcək" deyə İ.Əliyev bildirib.

 

Bütün xəbərlər