Prezident Zəngilan-Horadiz avtomobil yolunun təməlini qoyub

15:51 - 27.04.2021


27 aprel, Fineko/abc.az. Bildiyiniz kimi Prezident İlham Əliyev Zəngilan və Cəbrayıla səfəri zamanı bir sıra layihələrin təməli qoyulub.

ABC.AZ-ın məlumatına görə, səfər zamanı dövlət başçısı Zəngilan-Horadiz avtomobil yolunun təməlini qoyub. Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə dövlət başçısının tapşırığı ilə artıq bir neçə yol layihəsinin icrasına başlanılıb və uğurla davam etdirilir.

Bu layihələr işğaldan edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında çox mühüm rol oynayacaq.

Bu baxımdan Zəngilan-Horadiz avtomobil yolu da strateji əhəmiyyəti ilə seçilir. Yolun ümumi uzunluğu 124 kilometrdir və 6 zolaqdan ibarət olacaq.

 

Bütün xəbərlər