“WhatsApp”ın yeni versiyası məlumatları oğurlayır

10:17 - 28.04.2021


28 aprel, Fineko/abc.az. Bir müddət əvvəl “WhatsApp”ın yeni bir versiyası olan “WhatsApp Pink” ortaya çıxıb və populyarlıq qazanmağa başlayıb.

ABC.AZ xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, “WhatsApp Pink” tam zərərli bir tətbiqdir: “Bu zərərverici APK link şəklində “Whatsapp” qruplar vasitəsilə yayılmaqdadır. “WhatsApp Pink” əvvəlcə qeydiyyat məlumatlarınızı soruşur və bundan sonra şəxsi məlumatlarınızı oğurlayır”.

Müəllif: Elmir Murad

Bütün xəbərlər