Xidmət sahəsində 2,8% artımın baş verməsi gözlənilir – AİB-dən Proqnoz

10:44 - 28.04.2021


28 aprel, Fineko/abc.az. Sənaye sektorunda 2021-ci ildə 2,1% və 2022-ci ildə 2,9% artımın baş verməsi və bu artımda qaz hasilatının artmasının və tikinti sektorunun yenidən canlanmasının aparıcı qüvvə olması proqnozlaşdırılır.

ABC.AZ xəbər verir ki, bu barədə AİB-in yaydığı məlumatda bildirilir.

Məlumatda vurğulanıb ki, dövlət dəstəyi və fermerlərin maliyyə vəsaitinə daha asan çıxış əldə edə bilməsi, o cümlədən istehsal məsrəflərinin azalması üçün yeni subsidiyanın verilməsi hesabına kənd təsərrüfatının hər iki ildə 3,5% səviyyəsində artım nümayiş etdirməsi gözlənilir.

Hökumətin Azərbaycanla Ermənistan arasında münaqişədən zərər çəkmiş ərazilərin yenidən qurulması ilə bağlı planları 2021 və 2022-ci ildə tikintiyə ciddi təkan verəcək.

Pərakəndə ticarət və turizmin yenidən canlanması nəticəsində 2021-ci ildə xidmətlərdə 2,8% artımın baş verməsi gözlənilir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər