Azərbaycanın ixracının daha sürətli artması proqnozlaşdırılır – AİB

11:13 - 28.04.2021


28 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Asiya İnkişaf Bankı (AİB) Azərbaycan iqtisadiyyatı ilə bağlı yenilənmiş proqnozunu açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, adıçəkilən bankdan əmək haqları və dövlət xərclərinin artmasının ev təsərrüfatının gəlirlərinə güclü müsbət təsir göstərməsi nəticəsində istehlakın 2021-ci ildə 2,1% və 2022-ci ildə 2,5% artacağının gözlənildiyi vurğulanıb.

"Xüsusilə 2021-ci ildə, xərclərin artması hökumətin istehlakını artıracaq, lakin gəlirlərin artması hökumətə dövlət investisiyalarını artırmağa imkan verəcək və özəl investisiyalar, eyni zamanda, makroiqtisadi perspektivləri yaxşılaşdıracaqdır. Yüksək qiymətlər hesabına neft ixracının artması və Trans-Adriatika Boru Kəmərinin inşaatının sona gəlməsi nəticəsində Avropaya qaz ixracının artması ilə xalis ixracda 2021 və 2022-ci illərdə artım baş verməlidir. Daxili tələbatın artması idxalın artmasına təkan verəcək, lakin ixracın daha sürətli artması proqnozlaşdırılır" deyə Bankın məlumatında qeyd olunub.

 

Bütün xəbərlər