Bakıda daha 850 yeni iş yeri yaradılacaq - Detallar

12:15 - 28.04.2021


28 aprel, Fineko/abc.az. Zığ qarajının inşası yekunlaşdıqdan sonra burada 850 yeni iş yeri yaradılacaq.

ABC.AZ-ın məlumatına görə, bunu mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.

O qeyd edib ki, işlərə daha çox həssas təbəqədən olan şəxslər cəlb olunacaq: “Hazırda Zığ qarajının inşası aparılır. Burada 250 avtobusun saxlanılması gözlənilir. Qarajın inşası bitdikdən sonra 850 yeni iş yeri açılacaq”.

 

Bütün xəbərlər