“Meqa Sığorta” ASC daha da kiçildi - Yığımları azalıb

12:31 - 28.04.2021


28 aprel, Fineko/abc.az. “Meqa Sığorta” ASC-nin son bir il ərzində yığımları azalıb.

ABC.AZ Mərkəzi Bankının cari ilin yanvar-mart ayı üzrə açıqladığı hesabatına istinadən xəbər verir ki, nəticədə şirkət bir az da kiçilib.

Belə ki, şirkət bu ilin birinci rübü ərzində 7,047 mln. manat həcmində sığorta haqqı toplayıb.

Bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,317 mln. manat və ya 4,30% az olub.

Müəllif: Elmir Murad

Bütün xəbərlər