330x110
 

Visa Direct Premium kredit kartının istifadəçiləri bonuslar qazanacaq

28.04.2021,15:54


28 aprel, Fineko/abc.az.Bank VTB (Azərbaycan) Visa Direct Premium kredit kartı istifadəçiləri üçün Loyallıq proqramına start verdi. Yeni proqram çərçivəsində ticarət-iaşə müəssisələrində Visa Direct Premium kart sahibləri alış-veriş zamanı bonus şəkilində mükafat qazanacaq. Hər bonus 1 manata bərabərdir. 30 iyun tarixinədək bonuslar 2% həcmində nəzərdə tutulur.

 

Təklifin müddəti başa çatdıqda tranzaksiyanın məbləğindən asılı olaraq  bonuslar 0,5%, 1% 1,5% təşkil edəcəkdir. Bonuslar kredit kartı ilə edilən alış-verişlər üçün nəzərdə tutulur və hər ay 5 iş günü ərzində hesablanır.

 

Bank kart sahibinə bonus balansı və istifadə qaydaları haqqında məlumatı SMS vasitəsilə təqdim edir. Bonusları əldə etmək üçün WhatsApp (+994 55 214 09 86), 986 qısa nömrəsi və ya  [email protected] elektron ünvanı vasitəsilə bankla əlaqə saxlamaq və yığılmış bonusların geri qaytarılması üçün sorğu vermək lazımdır. Növbəti 3 iş saatı ərzində bank hesablanan məbləği müştərinin kart hesabına köçürəcəkdir.

.

VTB (Azərbaycan)-ın Loyallıq proqramı haqqında ətraflı məlumatı bankın korporativ saytında əldə etmək mümkündür.