Mərkəzi Bank daha bir beynəlxalq kart təşkilatı ilə anlaşdı

15:54 - 28.04.2021


28 aprel, Fineko/abc.az. Mərkəzi Bank və Mastercard beynəlxalq kart təşkilatı arasında növbəti strateji dövrdə ölkə üzrə rəqəmsal ödənişlərin inkişafı istiqamətində qarşılıqlı əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb.

ABC.AZ-ın Mərkəzi Banka istinadən yaydığı məlumata görə, rəqəmsal ödənişlərin davamlı inkişafı məqsədilə imzalanmış yeni strateji anlaşma texnoloji innovasiyalardan istifadə etməklə maliyyə inklüzivliyinin genişləndirilməsi, kiçik və orta sahibkarlıq subyektləri üçün innovativ ödəniş alətlərinin tətbiqinin dəstəklənməsi, nağdsız ödənişlərə inamın artırılması üçün müxtəlif hədəf qrupları üçün seminar və təlimlərin təşkili, kiber təhlükəsizlik, süni intellekt və ən son texnoloji trendlərlə bağlı təcrübə mübadiləsinin həyata keçirilməsi kimi sahələrdə əməkdaşlığın davam etdirilməsini ehtiva edir.

 

 

Bütün xəbərlər