Yeni lisenziya almış investisiya şirkəti BFB-yə üzv oldu

16:42 - 28.04.2021


28 aprel, Fineko/abc.az. Mərkəzi Bankdan təzəlikcə lisenziya almış “CPM-İnvest İnvestisiya Şirkəti” QSC öz müraciəti əsasında "Bakı Fond Birjası" QSC-yə üzv qəbul edilib.

ABC.AZ xəbər verir ki, bu barədə BFB-dən bildirilib.

Məlumata görə, bununla da Birjanın üzvü olan investisiya şirkətlərinin sayı 10-a çatıb.

 

Bütün xəbərlər