Şəmkirin icra başçısı məhkəməyə gətirilib – Qərar veriləcək

17:15 - 28.04.2021


28 aprel, Fineko/abc.az. Şəmkir Rayon İcra Hakimiyyətinin  başçısı Alimpaşa Məmmədov məhkəməyə gətirilib.

ABC.AZ-ın məlumatına görə, Səbail rayon məhkəməsində A.Məmmədov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılır.

Qeyd edək ki, icra başçısı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

 

Bütün xəbərlər