330x110
 

“Azərkosmos” ASC-nin xaricə ixracı artıb

29.04.2021,12:05


29 aprel, Fineko/abc.az. 2021-ci ilin yanvar-mart aylarıda “Azərkosmos” ASC tərəfindən dünyanın 27 ölkəsinə 10,6 milyon dollarlıq xidmət ixrac edilib.

ABC.AZ xəbər verir ki, bu statistik rəqəmlər İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin aprel sayında öz əksini tapıb.

Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə ixrac 10,4 milyon dollar təşkil etmişdi.

“Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 89 faizini təşkil edib.

2021-ci ilin mart ayında isə “Azərkosmos” ASC dünyanın 26 ölkəsinə 2,1 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.